BƏZİ ƏRAZİLƏRƏ YAĞIŞ, KƏLBƏCƏR, LAÇIN, QUBADLIYA QAR YAĞIR

0

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakı və Abşeron yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 mm-dir.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA TDT AĞSAQQALLAR ŞURASININ 18-Cİ İCLASI KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilir. "Report" xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Şimali...

Bağla