Azərbaycandakı müxtəlif dini icmalar “Fərqliliyin rəngi” festivalında iştirak edir

0

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmalar “Fərqliliyin rəngi” festivalında iştirak edirlər.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, festivalda dini icmaların kitabları, geyimləri, adət-ənənələri və s. əlaqədar nümunələr nümayiş etdiriləcək:

“Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği həyata keçiriləcək. Festival Dini Komitənin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlərindən biridir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edirlər

Azərbaycandakı unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə...

Bağla