Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib

0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik”, – məlumatda qeyd olunub.

Sonda Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ZAKİR HƏSƏNOV TÜRKİYƏLİ HƏMKARINA BAŞSAĞLIĞI VERİB

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib....

Bağla