İSRAİLİN QƏZZAYA AVİAZƏRBƏLƏRİ NƏTİCƏSİNDƏ 23 NƏFƏR ÖLÜB

0

İsrailin Qəzza zolağına silsilə aviazərbələri nəticəsində 23 nəfər həlak olub.

“Report” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, hücumlar ilk növbədə Qəzza şəhəri və Xan-Yunisi hədəf alıb.

Qəzza xəstəxanalarındakı mənbələrə görə, ölənlər arasında Qəzza şəhərinin Zeytun məhəlləsindən beş nəfərlik bir ailə var.

İsrail Müdafiə Qüvvələri öz növbəsində bildirib ki, zərbələr HƏMAS-ın mövqelərini hədəf alıb və dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan-Yunisdəki əsgərləri atəşə tutmasına cavab olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 22 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda noyabrın 20-də havanın 22 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında...

Bağla