Prezident Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumunu təsdiq edib

0

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

Memorandum 2025-ci il oktyabrın 3-də Ankarada iki ölkənin hökumətləri arasında imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin dördillik üzvü seçilib

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvü seçilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib...

Bağla