Bakıda TDT ölkələrinin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin iclası keçiriləcək

0

Bakı şəhərində dekabrın 5-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin müvafiq strukturlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.

TDT-yə üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA 18, RAYONLARDA 20 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda noyabrın 26-da havanın 20 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında...

Bağla