İbrahim Kalın misirli həmkarı ilə Qəzzada atəşkəs mərhələsinə keçidi müzakirə edib

0

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Qahirədə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Reşat ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Görüşdə Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə keçid və ABŞ ilə əməkdaşlıq çərçivəsində birgə səylərin gücləndirilməsi müzakirə olunub.

Həmçinin görüşdə atəşkəsin davamlılığını təmin etmək üçün bütün maneələrin aradan qaldırılması və təxribatların qarşısının alınması istiqamətində Mülki-Hərbi Koordinasiya Mərkəzi (CMCC) ilə koordinasiya və əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsi barədə razılıq əldə edilib.

Türkiyənin hər zaman olduğu kimi bundan sonra da bütün imkanları ilə Fələstin xalqının yanında olmağa davam edəcəyi vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Xələf Xələfov Hakan Fidanla regional məsələləri müzakirə edib

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edib. "Report"...

Bağla