DAVAM EDƏN İFTİRA

0

Hz. Aişə (r.a) İslam tarixinin ən seçkin qadınlarından biri, Peyğəmbərimizin (s.a.s.) həyat yoldaşı və möminlərin anasıdır. Təəssüf ki, tarix boyu ona qarşı bəzi böhtanlar atılmış, bu böhtanlar bəzi çevrələr tərəfindən bu günə qədər davam etdirilmişdir.

Nur surəsinin 11–20-ci ayələri Hz. Aişəyə atılan böhtanı (İfk Hadisəsi) açıq şəkildə rədd edir və böhtan atanları sərt şəkildə qınayır: Şübhəsiz ki, bu böhtanı uyduranlar sizin aranızdan bir dəstədir…”. “Böhtanı uyduranlardan hər biri etdiyi günahın cəzasını çəkəcəkdir…. (Nur, 11). Bu ayələr Hz. Aişənin paklığını Allah tərəfindən təsdiqləyir və ona böhtan atanların ağır şəkildə cəzalandırılacağını bildirir.

Qurani-Kərim Peyğəmbər həyat yoldaşlarının möminlər üçün xüsusi mövqeyini belə bildirir: Peyğəmbər möminlərə öz canlarından daha yaxındır. Onun zövcələri isə onların analarıdır.” (Əhzab, 6) Bu ayə Hz. Aişəyə edilən hücumların yalnız bir şəxsə deyil, bütün möminlərin anasına yönəldiyini göstərir. Ona dil uzatmaq, möminlərin anasına hörmətsizlik etmək deməkdir.

Səhabələr haqqında Quranda tərif dolu ifadələr yer alır: “İlk iman gətirən mühacirlər və ənsar və onlara gözəl şəkildə tabe olanlar – Allah onlardan razı olmuşdur, onlar da Allahdan razı olmuşlar. (Tövbə, 100) Hz. Aişə (r.a) həm mühacir, həm də ilk iman gətirənlərdəndir. Onun elmi, təqvası və Peyğəmbərə olan bağlılığı səhih hədislərlə sabitdir.

Hz. Aişə (r.a)  haqqında bir çox səhih hədis mövcuddur: “Aişənin (r.a) qadınlar üzərindəki fəziləti, səridin (ət və çörəkdən ibarət yemək) digər yeməklər üzərindəki fəziləti kimidir.” (Müslim, Fəzailü’s-Sahabə 74). Hz. Aişə İslam elminin öncül qadın ravilərindən biri olmuş, 2200-dən çox hədis rəvayət etmişdir. Qurani-Kərim və hədislər onun üstünlüyünü və paklığını açıq şəkildə ortaya qoymuşdur.

Təəssüf ki, bəzi çevrələr tarixi hadisələri təhrif edərək Hz. Aişəyə (r.a) hücum etməyə davam edirlər. Bu hücumlar Qurana, sünnəyə və İslamın əsas əxlaqına ziddir: “İman gətirənlər arasında çirkinliyin yayılmasını istəyənlərə dünyada da, axirətdə də ağrılı bir əzab vardır.” (Nur, 19)

Qurani-Kərim Allahın vəhyi olaraq qiyamətə qədər dəyişməz və qorunmuş bir kitabdır (Hicr, 9) və Hz. Aişəyə (r.a) yönəlmiş böhtanlar Qurani-Kərim tərəfindən rədd edilmiş, səhih hədislərlə onun fəziləti ortaya qoyulmuşdur. Möminlərin anası olan Hz. Aişəyə dil uzatmaq, İslamın əsas dəyərlərinə hücum deməkdir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı olub

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət Festivalının tərəfdaşı olub. "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" dekabrın...

Bağla