Türkiyə Qara dənizdə gəmilərə hücumları qəbuledilməz adlandırıb

0

Türkiyə yaxınlığında gəmilərə hücumlar qəti şəkildə qəbuledilməzdir və Qara dənizdə gəmiçilik üçün təhlükə yaradır.

“Report xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Habertürk” telekanalına bildirib.

“Bu hücumlar istər müstəsna iqtisadi zonamız daxilində, istərsə də ondan kənarda tamamilə qəbuledilməzdir. Bundan başqa, Qara dənizdə bütün dəniz nəqliyyatının təhlükəsizliyini təhdid edir. Bu cür hadisələr bütün ölkələrə mənfi təsir göstərəcək”, – deyə o, vurğulayıb.

O əlavə edib ki, Qara dənizdə logistikanın pozulması riski səbəbindən Türkiyə bu məsələni bütün tərəflərlə müzakirə edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi hərbi dəniz təlimində təmsil olunur

Türkiyənin ev sahibliyi etdiyi "Şərqi Aralıq dənizi-2025" Dəvət Təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. "Report" xəbər verir ki, bu barədə Türkiyə...

Bağla