SABAH BƏZİ YERLƏRDƏ LEYSAN XARAKTERLİ YAĞIŞ YAĞACAQ

0

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ICESCO-nun Baş direktoru: Yusif Məmmədəliyevin irsi bu gün də elmi zənginləşdirir

Akademik Yusif Məmmədəliyevin irsi bu gün də elmi zənginləşdirir. "Report" xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik...

Bağla