Bəzi yerlərdə gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub

0

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran və Qəbələdə 5, Bakıda və Abşeron yarımadasında 3, Quba, Qusar, Qax və Şəkidə 2, Kəlbəcər, Göyçay, Zaqatala, Şahbuz, Oğuz, Altıağac, Sabirabad, Şirvan, Şamaxı, Şabran və Xaltanda 1 mm-dir.

Sumqayıt, Daşkəsən, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Tərtər, Qusar, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib....

Bağla