Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı şirkətin Azərbaycan filialı fəaliyyətə başlayıb

0

Türkiyə Milli Müdafiə Nazirliyinin tərkibində olan Maşın və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən Azərbaycanda yaradılan “Maşın və Kimya Azerbaijan (MKA)” adlı şirkət fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, nazirliyin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə məlumat verib.

“Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsindəki konkret və strateji addımlarımızın bir əksi olaraq Maşın və Kimya Sənayesi Səhmdar Şirkətimiz (MKE) tərəfindən Azərbaycanda “Maşın və Kimya Azerbaijan (MKA)” adı ilə qurulan və xaricdəki ilk iştirakçısı olma xüsusiyyəti daşıyan şirkətimiz fəaliyyətinə başlamışdır”, – deyə o bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 32 109 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il noyabr ayının 1-i vəziyyətinə 10...

Bağla