Türkiyə Azərbaycan sərhədləri yaxınlığında təyyarə qəzasının araşdırılmasını davam etdirir

0

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.

Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.

Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. “Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək”, – o əlavə edib.

“Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq”, – nazir bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Qara dəniz üzərində PUA-ların mülki aviasiya üçün təhlükəli olması barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində davam edən döyüşləri ticarət gəmiləri və sərnişin təyyarələri üçün ciddi təhlükə...

Bağla