Türkiyə Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı baş verən qarşıdurmada 3 polis şəhid olub, 8-i polis, 1-i mühafizəçi olmaqla 9 nəfər yaralanıb.
Yerli vaxtla saat 02:00-da başlayan əməliyyat 09:40-da başa çatıb və öldürülən 6 terrorçunun hamısının Türkiyə vətəndaşı olduğu qeyd edilib.
Yalova Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları gecə saat 02:00 radələrində terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirib.
Daxili işlər naziri Ali Yerlikaya gecə saatlarında başlayan və səhər saat 09:40-da başa çatan əməliyyatda 3 polisin şəhid olduğunu, 8-i polis və 1-i mühafizəçi olmaqla 9 nəfərin yaralandığını açıqlayıb. Yerlikaya qarşıdurmada 6 terrorçunun öldürüldüyünü və terrorçuların Türkiyə vətəndaşları olduğunu qeyd edib.
Türkiyə vətəndaşı olduğu müəyyən edilən şəxslərin əslən Türkiyə vətəndaşı olub-olmaması və ya sonradan əldə etmələri ilə bağlı məlumat paylaşılmayıb.
Şəhid olan üç polis məmuru İlker Pehlivan, Turqut Külünk və Yasin Koçyiğitdir.



