SABAH 17 DƏRƏCƏ İSTİ OLACAQ

0

Azərbaycanda yanvarın 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

"Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə...

Bağla