Dumanlı hava şəraiti davam edir, görünüş 700 metrədək məhdudlaşır

0

Azərbaycanın bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur.

Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dini qurumlara...

Bağla