SABAH BƏZI YERLƏRƏ INTENSIV QAR YAĞACAQ

0

Bakıda yanvarın 9-da havanın yağmursuz olacağı, bəzi rayonlara qar yağacağı gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FEVRALIN 19-DA AZƏRBAYCANDA RAMAZAN AYI BAŞLAYIR

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. Əldə olunan məlumata görə, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Qeyd edək...

Bağla