Almaniyanın bəzi şəhərlərində işıqlarla bəzədilmiş küçələr Ramazan ayı boyunca işıqlandırılacaq.
Almaniyanın Köln şəhərində türklərin və müsəlmanların çoxluq təşkil etdiyi Venloer küçəsi xüsusi olaraq Ramazan ayı üçün işıqlarla bəzədilib və ay boyu işıqlandırılacaq.
Ramazan Layihəsi Assosiasiyası tərəfindən Ramazan ayında üçüncü dəfə həyata keçirilən layihənin bir hissəsi olaraq, bu il 30 gün ərzində küçədə işıqlı mesajlar nümayiş etdiriləcək.
Assosiasiyanın verdiyi açıqlamada, Ramazan ayının işıqlarını küçələrdə işıqlarla, icmanın qəlbində isə kollektiv iftar tədbirləri ilə yaymağı hədəflədikləri bildirilib.
Frankfurt şəhər mərkəzindəki bir küçə də xüsusi olaraq Ramazan ayı üçün bəzədilib və işıqlandırılıb.
Köhnə Opera Teatrı ilə Hauptwache küçələrini birləşdirən əsas küçədə bu il üçüncü dəfə işıqlandırılmış ulduzlar, ayparalar və fənərlər, eləcə də müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının başlanğıcını bildirən “Mübarək Ramazan” mesajı yerləşdirilib.
Qeyd edək ki, Frankfurtda 130.000-dən çox, Kölndə isə 120.000-dən çox müsəlmanın olduğu təxmin edilir.




