İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

0

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri martın 7-də (bu gün) İstanbulda fövqəladə sammit keçirəcəklər.

“Report” TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçiriləcək.

“İclasda TDT ölkələrinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, həmçinin baş katib Kubanıçbek Ömuraliyev iştirak edəcəklər. Görüş zamanı əsas diqqət cari beynəlxalq və regional proseslərə, Türk dünyası ölkələri arasında siyasi dialoqun gücləndirilməsinə, institusional əməkdaşlığın genişləndirilməsinə və birgə təşəbbüslərin təşviqinə yönəldiləcək”, – bəyanatda bildirilib.

Təşkilatdan əlavə edilib ki, tərəflər TDT çərçivəsində inteqrasiyanın daha da dərinləşdirilməsi və fəaliyyətin əlaqələndirilməsi üzrə addımları müzakirə edəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə Nazirlər...

Bağla