Azərbaycan MN: Türkiyəyə raket hücumu regional sülh və təhlükəsizliyə ciddi təhdiddir

0

Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyini bəyan edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub.

Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:

“Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə MN-in bəyanatında vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi...

Bağla