İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin məhv edildiyi bildirilir

0

Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan “savunmasanayiST.com” səhifəsi məlumat yayıb.

“Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.

Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə ediba

Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir. "Report" xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti...

Bağla