Ceyhun Bayramov Türkiyəyə növbəti raket hücumunu qınayıb

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.

C.Bayramov bu gün Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb, qardaş ölkəyə dəstəyini ifadə edib. Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi vurğulanıb.

Danışıq zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə də toxunulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əli Əsədov türkiyəli nazirlə iqlim dəyişikliklərini müzakirə edib

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb. Bu barədə Nazirlər Kabineti...

Bağla