Ərəb və İslam ölkələrinin XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə edəcəklər

0

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə etmək üçün martın 18-də Ər-Riyadda görüşəcəklər.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat verib.

“Martın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və İslam ölkələrinin xarici işlər nazirləri arasında danışıqlar keçiriləcək. Tərəflər Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üçün hərəkətlərinin əlaqələndirilməsini müzakirə etməyi planlaşdırırlar”, – Səudiyyə Ərəbistanı XİN-in mətbuata açıqlamasında bildirilib.

Məsləhətləşmələrdə hansı ölkələrin iştirak edəcəyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Müsəlmanların ilk qibləsində ibadətə icazə verilmir

İsrail əsassız formada müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsada 17 gündür ibadətə icazə vermir. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla