Ramazan bayramı namazının vaxtı açıqlanıb

0

Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

“Qazılar Şurasının Fətvasınagörə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, – QMİ-dən bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərəb və İslam ölkələrinin XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə edəcəklər

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə etmək üçün martın 18-də Ər-Riyadda görüşəcəklər. "Report" xəbər verir ki, bu...

Bağla