Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

0

Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

Martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.

QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır.

Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA SABAHDAN 11 GÜNLÜK TƏTİL BAŞLAYIR

Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır. "Report" xəbər verir ki, bu...

Bağla