FHN ƏHALİYƏ MÜRACİƏT EDİB

0

Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.

FHN-dən verilən məlumata görə, hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Bununla bağlı FHN əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ ƏRAZİLƏRƏ YAĞIŞ VƏ QAR YAĞIR

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin...

Bağla