Xarici İşlər Nazirliyi Ağdaban qətliamı ilə bağlı məlumat paylaşıb

0

Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.

Bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib.

779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib:

“Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.

Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Türkiyənin qanadlı və ballistik raket potensialı güclənəcək

Türkiyənin hava hücumundan müdafiə sistemi (HHM) güclənəcək, qanadlı və ballistik raket potensialı artacaq. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla