Türkiyə Şanlıurfa vilayətinin Siverek rayonunda silahlı şəxs məktəbə hücum edib. Yerli mətbuatın xəbərinə görə, Həsən Çələbi Məhəlləsindəki Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində bir şagird silahlı hücum həyata keçirib.
İnsident nəticəsində bəzi şagirdlərin yaralandığı öyrənilib. Hadisədən sonra əraziyə səhiyyə, polis və xüsusi əməliyyat qrupları göndərilib.
İddia edilir ki, məktəbin içərisində olan silahlı şəxs bəzi şagirdləri girov götürüb. Hücumda yaralanan bir şagird xəstəxanaya aparılıb.
Məktəbdəki şagirdlərin əksəriyyətinin təhlükəsizlik qüvvələri tərəfindən təxliyə edildiyi öyrənilib. Hadisənin dəhşətli anları mobil telefon kameralarına çəkilib. Bölgədə silahlı şəxsin zərərsizləşdirilməsi üçün səylər davam edir.



