Azərbaycanda Şimali Kipr günləri keçiriləcək

0

İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.

“Report”un Türkiyə bürosuna bu barədə Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.

Müşavir deyib ki, onları məqsədi Azərbaycan xalqına Şimali Kipr xalqının mədəniyyətini, tarixini, turizmini, təbiətini tanıtmaqdır:

“Azərbaycanın Baş naziri Əli Əsədovla Şimali Kiprin Baş naziri Ünal Üstelin aprelin 1-də keçirilən görüşündən sonra bizim əlaqələrimiz daha da geniş vüsət almağa başlayıb. Mədəniyyət və turizm sahəsində də çoxtərkibli əlaqələrimizi genişləndirmək hədəfimizdir. Bu məqsədlə də bizim tanınmış sənətçilərin, mədəniyyətimizi təmsil edən sürpriz qonaqların da iştirakı ilə Şimali Kipr günlərinin keçirilməsi üçün hazırlıqlarımız davam edir”.

Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə də turizmlə bağlı Şimali Kipr Prezidentinin də iştirakı ilə Azərbaycanda təqdimat günləri keçirilib, budəfəki Şimali Kipr günləri isə daha geniş olacaq.

Qeyd edək ki, aprelin 15-16-da Ankarada 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi keçirilir. Tədbirə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstan və Şimali Kiprdən olan mütəxəssislər, müvafiq rəsmi qurum nümayəndələri qatılaraq turizm və hotelçiliklə bağlı müzakirələr aparırlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib. "Report" xəbər verir ki,...

Bağla