İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

0

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

“Report”un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlanıb.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələr arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olunub.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlət başçısına bir daha minnətdarlıq edib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunulub.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olunub, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulanıb.

Dövlət başçısı Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 23 DƏRƏCƏ İSTİ OLACAQ

Bakıda aprelin 18-də havanın 21, rayonlarda isə 23 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda...

Bağla