İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub

0

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.

“Report”un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, dövlət başçısı Tufan Erhürmana Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstəyə toxunulub.

Prezident Tufan Erhürman buna görə dövlət başçısına təşəkkür edib.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kiprin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Fotoğraf açıklaması yok.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. "Report"un...

Bağla