Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə ediblər

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın general-qubernatoru Sindi Kironu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Yeni Zelandiya əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

“Türkiyənin Yeni Zelandiya ilə başda ticarət olmaqla, müdafiə sənayesi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməyi hədəflədiyi bildirilib”, – məlumatda qeyd olunub.

Söhbət zamanı Yeni Zelandiyanın islamofobiya ilə mübarizəsi xüsusi vurğulanıb, Yeni Zelandiyanın Fələstin Dövlətini tanımasının İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə töhfə verəcəyi qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Aİ Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamika görür

Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət dinamika nümayiş etdirir, Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. "Report"un Avropa...

Bağla