Azərbaycan hərbçiləri “EFES-2026” təlimində iştirak üçün Türkiyəyə yola düşüblər

0

Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusu İstanbul və İzmir şəhərlərində keçirilən “EFES-2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi çərçivəsində Türkiyəyə yola düşüb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb ediləcək hərbi qulluqçularımız Türkiyənin Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, “EFES-2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bu günə müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci...

Bağla