Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib

0

Qarsda Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib.

Bu barədə “Report” Türkiyə və Ermənistan xarici siyasət idarələrinin birgə bəyanatına istinadən xəbər verir.

Görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.

Tərəflər regionun nəqliyyat infrastrukturunun inkişafı kontekstində Qars-Gümrü dəmir yolu əlaqəsinin tezliklə işə salınmasının vacibliyini vurğulayıblar.

Bununla belə, nümayəndə heyətlərinin tərkibi və işçi qrupunun sonrakı addımları barədə təfərrüatlar açıqlanmır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən verilən məlumata görə, hazırda respublikanın...

Bağla