Türkiyə İsrailin müdaxiləsi ilə üzləşən “Qlobal Sumud Donanması”ndakı vətəndaşları ilə bağlı lazımi addımları atır.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda vurğulanıb.
XİN İsrailin donanmaya müdaxiləsini hüquqazidd davranış kimi dəyərləndirib və beynəlxalq ictimaiyyəti mövqe sərgiləməyə çağırıb.
“Donanmada olan vətəndaşlarımızın və digər sərnişinlərin vəziyyəti ilə bağlı digər ölkələrlə birlikdə lazımi bütün addımlar atılmaqdadır”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, İsrailin Hərbi Dəniz Qüvvələri (HDQ) bəyan edilmiş “blokadanı yarmaq” məqsədilə Qəzza zolağı sahillərinə doğru istiqamət alan “Qlobal Sumud Donanması”nı ələ keçirməyə başlayıb.



