İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir

0

Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

“Avropa Siyasi Birliyi” sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim”, – o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: “Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Naxçıvanda qılınan vəhdət namazı müsəlmanlar arasında birliyin nümunəsidir

Naxçıvanda qılınan vəhdət namazı müsəlmanlar arasında birliyin nümunəsidir. "Report"un yerli bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət...

Bağla