Türkiyə Cənubi Qafqazda sülhün təmin olunmasının tərəfdarıdır. Artıq Azərbaycan və Ermənistan bu istiqamətdə ciddi irəliləyiş əldə ediblər.
“Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
“Biz artıq iki ölkə arasında sülhə çox az qaldığını deyə bilərik. Cənubi Qafqaz sülhün bərqərar olması ilə strateji əhəmiyyəti çox yüksək olan bir bölgə kimi regional və qlobal səviyyədə fərqli rol oynayacaq. Xüsusilə Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin açılması tranzitin inkafına gətirib çıxaracaq. Ümumilikdə, regionda balansın yaranması və bütün bunlarla bərabər həm daha çox təhlükəsizlik, həm də daha çox rifah olacaq”, – deyə o qeyd edib.



