Yaşar Gülər: Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir

0

Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir.

“Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu “SAHA 2026” müdafiə sənayesi sərgisində Azərbaycan stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Y.Gülər Azərbaycanın hərbi məhsulları ilə tanış olub, Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

Türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan “SAHA” sərgisinə ildən-ilə daha keyfiyyətli və üstün məhsullarla qatılır:

“Bu bizi çox sevindirir. Azərbaycanın növbəti sərgilərə də daha təkmilləşdirilmiş məhsullarla qatılmağından çox məmnun olacağıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanda Türkiyə bayrağının yandırılmasının narahatlıq doğurduğunu bildirib. "Report"un Türkiyəyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, o...

Bağla