Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

0

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər:

“Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyəli ekspert Azərbaycana səfəri haqqında məqalə yazıb

Türkiyəli ekspert, köşə yazarı Osman Kepenek 3-8 may 2026-cı il tarixlərində Azərbaycanda səfərdə olub. "Report" xəbər verir ki, bu, türkiyəli ekspert...

Bağla