Boşanmaların əsas səbəbi ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir

0

Azərbaycanda boşanmaların əsas səbəbi ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda keçirilən açıq dərsdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsidir:

“Bu baxımdan ailələrdə ənənəvi dəyərləri mütləq qorumaq lazımdır. Azərbaycanın statistik göstəricilərinə görə, boşanmaların sayı yüksəkdir. Bunu bəzən iqtisadi, sosial və s. səbəblərlə əlaqələndirirlər. Amma səbəb bunların heç biri deyil. Əsas səbəb Azərbaycanda ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir. Beləliklə ailə modeli dəyişir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAVA 30 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda mayın 15-də 30 dərəcə isti proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin...

Bağla