Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın genişləndirilməsi diqqətdədir

0

İstanbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Türkiyə Respublikası Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş arasında görüş keçirilib.

 Allahşükür Paşazadə ilə görüşməkdən məmnunluğunu ifadə edən Safi Arpaquş Azərbaycana səmimi arzularını çatdırıb.

Görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayan Allahşükür Paşazadə Safi Arpaquşla hələ İstanbul müftisi olduğu zaman görüşdüyünü xatırladıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də əməkdaşlığın genişləndirilməsi və bu ilin sentyabr ayında keçiriləcək Türk Dövlətlər Təşkilatının Dini İdarə Rəhbərləri Şurasının toplantısı ilə bağlı təşkilatı məsələlər müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir. Dövlətimizin...

Bağla