Azərbaycan hərbçiləri “EFES-2026″da dənizdən sahilə hücum tapşırığını icra ediblər

0

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq geniş coğrafi ərazidə sülhə, əmin-amanlığa və sabitliyə töhfə verən güclü modelə çevrilib. "Report"un yerli bürosunun...

Bağla