Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib

0

Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib.

“Report” xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir WUF13-ün yüksək səviyyədə təşkili münasibəti ilə Azərbaycanı təbrik edib:

“Burada müxtəlif ölkələrin pavilyonlarını gəzdim və məmnun qaldım. Birləşmiş Ərəb Əmirlikləri ilə şəhərsalma sahəsində bir sıra danışıqlar apardıq və görüşlər faydalı keçdi. WUF13-də atılacaq addımları da COP31 çərçivəsində bir daha müzakirə edəcəyik”.

M.Kurum həmçinin diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlər sürətlə inkişaf etməkdə və möhkəmlənməkdədir:

“Türkiyə və Azərbaycan liderlərinin siyasi baxımdan aldığı qərarlar hər iki ölkəni inkişafa aparır. Güclərimizi daha da artırmağı hədəfləmişik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə Anlaşma Memorandumu imzalayıb

Bu gün "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi...

Bağla