Azərbaycan hərbçiləri “EFES-2026″da gəminin ələ keçirilməsi tapşırığını icra edib

0

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Murat Kurum: Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib

Türkiyə və Azərbaycan güclərini daha da artırmağı hədəfləyib. "Report" xəbər verir ki, bunu Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri...

Bağla