Ərdoğan: Yaxın Şərqdə müharibənin yenidən alovlanması heç kimin xeyrinə deyil

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Al Səidlə telefonla danışıb və Yaxın Şərqdəki müharibənin yenidən alovlanmasının heç kimin xeyrinə olmadığını xatırladıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Ərdoğan diplomatik addımların dəstəklənməsinin əhəmiyyət kəsb etdiyini, Türkiyə olaraq bölgə ölkələri ilə birlikdə qalıcı sülh üçün səy göstərdiklərini bildirib.

O, həmçinin Türkiyə olaraq Fələstin torpaqlarında sülh və sabitliyin bərqərar olması üçün də çalışdıqlarını qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBAN KƏSİMİ HAQQINDA BİLİNMƏSİ LAZIM OLAN BÜTÜN MƏLUMATLAR

Bağla