Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, BDYPİ bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır:

“Paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etsin, sürət həddinə ciddi riayət etsin və yorğun halda sükan arxasına əyləşməsinlər. Uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır nəticələrə səbəb ola bilər. Sürücülər ötmə və manevr qaydalarına əməl etməli, təhlükəli davranışlardan çəkinməli və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmalıdırlar”.

Qeyd olunub ki, piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamalıdırlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə FHN-dən məlumat verilib....

Bağla