Ərdoğanın sədrliyi ilə Türkiyədə NK iclası keçiriləcək

0

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.

“Report” bu barədə “Haber Global” istinadən xəbər verir.

Məlumata görə, iclasda əsas müzakirə mövzusu iqtisadiyyat olacaq. Belə ki, toplantıda iyunun ilk həftəsi açıqlanması gözlənilən inflyasiya rəqəmlərindən əvvəl mövcud vəziyyət dəyərləndiriləcək.

Həmçinin “Terrorsuz Türkiyə” prosesi və terrorçuların tərk-silah edilməsi ikinci gündəm mövzusu olacaq.

Bundan başqa, ABŞ ilə İsrailin İrana hücumları ilə başlayan müharibənin sonlandırılması üçün aparılan sülh danışıqları, prosesdə Türkiyənin üzərinə götürdüyü rol da müzakirə ediləcək.

İclasdan sonra R.T. Ərdoğanın mətbuata açıqlama ilə çıxış etməsi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun...

Bağla