Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır

0

Energetikanın ürəyi can Azərbaycanda döyünür. Gələcəyin enerji vizyonu və elektroenergetikanın transformasiyasının istiqaməti burada formalaşır.

“Report” xəbər verir ki, bunları Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım “X”dəki səhifəsində yazıb.

“Bakı Enerji Forumu ilə əlaqədar energetika və təbii sərvətlər nazirimiz Alparslan Bayraktarla birlikdə Bakıdayıq.

Forumun açılışı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Açılışdan sonra cənab İlham Əliyevlə birlikdə sərgi sahəsindəki stendləri ziyarət etdik və onu TPAO stendimizdə qəbul etmək imkanı qazandıq.

Ənənəvi Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun uğurlu təşkilində əməyi olan Azərbaycanın energetika naziri cənab Pərviz Şahbazova və əməyi keçən bütün həmkarlarına səmimi təşəkkürümü bildirirəm.

Türkiyə və Azərbaycan enerji sektorundakı güclü əməkdaşlığını daha da inkişaf etdirməklə regional enerji təhlükəsizliyi və davamlı inkişaf hədəflərinə birgə töhfə verməyə davam edəcəklər”, – Ş.Ayrım vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bayraktar: “Abşeron” qazı ilə bağlı müqavilə Türkiyə-Azərbaycan əməkdaşlığını daha da irəli aparıb

Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan, TANAP və Bakı-Tbilisi-Ərzurum kimi layihələrlə yaradılan əməkdaşlığı Bakı Enerji Həftəsi çərçivəsində bu gün "Abşeron" qazının...

Bağla