Burhanettin Duran: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı güclənməkdədir

0

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb.

“Report” xəbər verir ki, B. Duran bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Qardaş və dost ölkə Can Azərbaycanın Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm”, – o bildirib.

Duran əlavə edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəylik içində öz gələcəyinə sahib çıxdığı, dövlətinin varlığı və millətinin rifahı naminə ortaya qoyduğu güclü iradənin rəmzidir:

“Sevinci və kədəri bölüşən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı da “Bir millət, iki dövlət” anlayışı ilə hər keçən gün daha da möhkəmlənir. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və ehtiramla, qəhrəman qazilərimizi isə şükran və minnətdarlıqla yad edirəm”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə o, "X" hesabında...

Bağla