“Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans keçiriləcək

0

İyunun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lerik rayonunda “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dövlət Komitəsinin, Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Konfransın məqsədi müasir dövrdə dini təhlükəsizliyin təmin olunması, dini radikalizm, ekstremizm və digər ideoloji təhdidlərə qarşı mübarizədə dövlət qurumları, hüquq-mühafizə orqanları, din xadimləri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin cəmiyyətdə sağlam dini-mənəvi mühitin təşviq edilməsidir. Eyni zamanda, konfransda dini sahədə mövcud çağırışların müzakirəsi, gənclərin zərərli ideologiyaların təsirindən qorunması, milli-mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işinin effektivliyinin artırılması və dövlət-din münasibətlərinin inkişafı istiqamətində fikir mübadiləsinin aparılması planlaşdırılır.

Tədbir çərçivəsində “Qloballaşma prosesində din amili” və “İdeoloji çağırışlar kontekstində dini radikalizm” mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ramil Həsən və Cevdet Yılmaz TÜRKPA-nın gələcək fəaliyyət istiqamətlərini müzakirə edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyədə rəsmi görüşləri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb. "Report" xəbər...

Bağla